Azərbaycan millisi FIFA reytinqində geriləyib.
İdmanxeber.az-ın məlumatına görə, Ayxan Abbasovun komandası 1132.97 xalla 127-ci yerə düşüb. Millimiz əvvəlki reytinqdə 1142.25 xalla 123-cü pillədə idi.
Yığmanın geriləməsinə DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya 0:2, Fransaya isə 1:3 hesabı ilə uduzması təsir göstərib.
FIFA reytinqinə İspaniya (1877.18 xal) başçılıq edir.