ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Dövlət Departamenti Ukraynaya “Patriot” hava hücumundan müdafiə raket sistemləri üçün 105 milyon dollarlıq potensial maddi-texniki dəstəyi təsdiqləyib. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silah satışına cavabdeh olan Pentaqonun Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.Sənəddə vurğulanır ki, təklif edilən satış ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq. Amerika tərəfi potensial sazişin Ukraynanın müdafiə potensialını gücləndirəcəyinə inanır.ABŞ administrasiyası artıq Konqresə xidmət və sistemlərin potensial təminatını təsdiqləmək qərarı barədə məlumat verib. Cavid İmaməliyev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.