Azərbaycanlı qadın güləşçi Jalə Əliyeva (57 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Offsideplus.az xəbər verir ki qaldı, idmançımız final qarşılaşmasında Türkiyə təmsilçisi Elvira Süleyman üzərində 6:2 hesablı qələbə əldə edərək turnirin qalibi olub.
Qeyd edək ki, bu gün digər idmançılarımızdan yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) gümüş, qadın güləşçisi Elnurə Məmmədova (50 kq) isə bürünc medal əldə edib.