Rusiya neft hasilatında əvvəlki ilin səviyyəsini saxlamaq niyyətindədir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
O jurnalistlərə açıqlamasında bildirib ki, Moskva bu il üçün neft hasilatı proqnozunu 510 milyon ton səviyyəsində saxlayır.
"Bəli, proqnozlar dəyişməyib. İstehsal davam edir"
Qeyd edək ki, Enerji Strategiyasına əsasən, Rusiya 2030-cu ilədək neft hasilatını 540 milyon tona çatdırmalıdır. Hasilatın həcmi 2050-ci ilə qədər bu səviyyədə qalmalıdır.
Fuad