AZ

Türkiyə diplomatiyasının gücünə güvənirik - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin diplomatik gücünə güvəndiyini və Ankaranın mövqeyinin Moskvada nəzərə alınacağına əmin olduğunu bəyan edib.

"Unikal" "TRT"yə istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra birgə mətbuat konfransında bildirib:

"Türkiyənin Rusiya ilə müharibə üzrə prinsipial mövqeyi Ukrayna üçün çox vacibdir. Ukraynanın müstəqilliyini və suverenliyini dəstəklədiyinə görə Türkiyəyə təşəkkür etmək istəyirəm. İlin sonuna qədər əsir mübadiləsini bərpa etməyə ümid edirəm. Türkiyə bu baxımdan əhəmiyyətli dəstək verir", - deyə Zelenski vurğulayıb.

Seçilən
22
unikal.az

1Mənbələr