AZ

AFFA rəsmisi UEFA-nın iclasında iştirak etdi

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərində yerləşən baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib.

"Football-plus.az" xəbər verir ki, iclasda UEFA Klub Lisenziyalaşdırma və Maliyyə Dayanıqlığı üzrə yeniliklər, klub sahibliyi ilə bağlı məsələlər, UEFA Həmrəylik Mexanizminin 2025/26 mövsümü üçün tətbiqi, UEFA Maliyyə Dayanıqlığı Qaydalarının keçid dövrünün başa çatması və UEFA-nın tibbi və antidopinq tələbləri ilə bağlı mövzular müzakirə olunub.

İclas zamanı müvafiq sahələr üzrə yenilənmiş qaydalar, 2025/26 mövsümünə dair planlaşdırılan tədbirlər və klub futbolunun inkişafı ilə bağlı strateji istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Seçilən
14
14
football-plus.az

10Mənbələr