AZ

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Bakı, 19 noyabr, AZƏRTAC

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərində baş tutan Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib.

AZƏRTAC xəbər verir ki, iclasda aşağıdakı məsələlər müzakirə olunub:

- UEFA Klub Lisenziyalaşdırma və Maliyyə Dayanıqlığı üzrə yeniliklər;

- Klub sahibliyi ilə bağlı məsələlər;

- UEFA Həmrəylik Mexanizminin 2025/2026-cı illər mövsümü üçün tətbiqi;

- UEFA Maliyyə Dayanıqlığı Qaydalarının keçid dövrünün başa çatması;

- UEFA-nın tibbi və antidopinq tələbləri.

İclas zamanı müvafiq sahələr üzrə yenilənmiş qaydalar, 2025/2026-cı illər mövsümünə dair planlaşdırılan tədbirlər və klub futbolunun inkişafı ilə bağlı strateji istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Seçilən
13
13
azertag.az

10Mənbələr