AZ

Nikolas Maduro istefaya getməyə razılaşıb?

ABŞ Venesuela Prezidenti Nikolas Maduro hökuməti ilə ehtiyat kanallar vasitəsilə danışıqlar aparıb. Maduro “bir neçə il” təxirə salmaqla istefa verməyə razılaşıb.

Ağ Ev məlumatlı mənbələrə istinadən bu təklifi rədd edib, çünki Maduronun hakimiyyətdən getməsində hər hansı bir gecikmə qəbuledilməzdir. “The New York Times” (NYT) xəbər verir ki, danışıqlardakı görünən çıxılmaz vəziyyətə baxmayaraq, diplomatik həlli istisna edilmir. Qəzetin qeyd etdiyi kimi, Tramp ya ABŞ şirkətlərinə Venesuela neft ehtiyatlarına çıxış imkanı verən bir razılaşmaya razı olacaq, ya da Venesuela prezidentini zorla vəzifəsindən uzaqlaşdıracaq.

Sentyabr və oktyabr aylarında ABŞ qüvvələri Venesuela yaxınlığındakı gəmilərə bir neçə hücum həyata keçirib. Tramp gəmilərin narkotik qaçaqmalçılığı ilə məşğul olan “qanunsuz terror təşkilatı” ilə əlaqəli olduğunu iddia edib. 14 noyabrda ABŞ hakimiyyəti Qərb yarımkürəsində narkotik kartelləri ilə mübarizə aparmaq üçün “Cənubi Nizə” əməliyyatına başlayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr