AZ

Qoşa xəttin tələbini dəfələrlər pozan sürücü ağır qəzaya düşüb öldü VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Eyni qaydanı bir-neçə dəfə pozan sürücü ağır yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, Braziliyanın Nova Roma-du-Sul şəhərində baş verən hadisənin kadrları kameraya düşüb.

Məlumata görə, ERS-448 magistral yolunda 66 yaşlı sürücü idarə etdiyi “Volkswagen Beetle” markalı avtomobillə qoşa xəttin tələbini dəfələrlər pozaraq ötmə əməliyyatını yerinə yetirmək istəyib, lakin növbəti ötmə zamanı əks zolağa çıxaraq qarşıdan gələn yük maşını ilə toqquşub.

Qəza nəticəsində ağır xəsarətlər alan yaşlı sürücü çatdırıldığı xəstəxanada ölüb.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
97
avtosfer.az

1Mənbələr