AZ

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 39 faiz azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan 6 771 ədəd minik avtomobili idxal edib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.

Nəqliyyat vasitələrinin dəyəri 181 milyon ABŞ dollarına bərabər olub.

Ötən ilin eyni dövrünə nisbətdə avtomobillərin sayı 4 414 ədəd və yaxud 39,4% azalıb.

Hesabat dövründə Gürcüstandan ümumilikdə 2,28 milyard ABŞ dolları dəyərində 92 713 ədəd minik avtomobili ixraca yönəldilib. Bunun 7,3%-i Azərbaycanın payına düşüb.

Seçilən
29
5
avtosfer.az

6Mənbələr