AZ

Güləşçilərimiz İslam Həmrəyliyi Oyunlarında 1 dəst medal qazanıblar (FOTO)

Bakı. Trend:

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslamHəmrəyliyi Oyunlarında güləş yarışı davam edir.

Trend xəbər verirki, bu gün yunan-Roma güləşində 2, qadın güləşi üzrə isə 3 çəkidəmübarizə baş tutub.

Yunan-Roma güləşi

Murad Əhmədiyev (97 kq) misirli Mohamed Qabraya tam üstünlüklə(8:0), türkiyəli Beytullah Kayışdağa isə 5:1 hesabı ilə qalibgələrək finala yüksəlib. Həmyerlimiz həlledici görüşdə iranlıolimpiya və ikiqat dünya çempionu Mohammad Saraviyə 1:5 hesabıylaməğlub olub və debüt etdiyi İslamiadanı gümüş medalla başavurub.

Beka Kandelaki (130 kq) A qrupunda misirli Abdellatif Mohamed(3:4) və iranlı Fardin Hedayatiyə (0:8) uduzub.

Qadın güləşi

Jalə Əliyeva (57 kq) A qrupunda tunisli Çad Jeljeli vəbanqladeşli Mimdən “tuş”la, türkiyəli Elvira Kamaloğludan isə 19:10hesabıyla üstün olub. Qrupu maksimum nəticəylə lider başa vuranmillimizin lideri yarımfinalda qırğızıstanlı Sezim Jumanazarovanında kürəyini yerə sıxaraq, vaxtından əvvəl adını finala yazdırıb.Əliyeva son görüşdə yenidən Elvirayla qarşılaşıb. Türkiyəligüləşçiyə 6:2 hesabıyla qalib gələn Jalə titulunu qoruyub və ikincidəfə İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Elnurə Məmmədova (50 kq) B qrupunda türkiyəli Zehra Demirhanı8:5 hesabıyla üstələsə də, nigeriyalı Mersi Geneisi ilə bacarmayıb– 2:12. Qrup ikincisi kimi yarımfinala adlayan güləşçimizözbəkistanlı Aktenge Keunimjayevaya (0:10) müqavimət göstərəbilməyib. Ancaq əlcəzairli Şebila Şeymadan (5:0) güclü olan Elnurəbürünc medalı boynundan asıb.

Gültəkin Şirinova 1/4 finalda qırğızıstanlı AruukeKadirbekqızıya 4:11 hesabıyla məğlub oldu.

Qeyd edək ki, sabah daha 5 güləşçimiz xalçaya çıxacaq.

Güləşçilərimiz
Güləşçilərimiz
Güləşçilərimiz
Güləşçilərimiz
Güləşçilərimiz
Güləşçilərimiz
Güləşçilərimiz
Seçilən
7
1
az.trend.az

2Mənbələr