AZ

“Grokipedia”nın nüsxələri Günəş sistemində paylanacaq - İlon Mask

Bakı. Trend:

Bəşəriyyətin toplanmış biliklərini qorumaq məqsədilə“Grokipedia” məqalələrinin nüsxələri vaxtaşırı olaraq Günəşsistemində yerləşdiriləcək.

Trend xəbər verirki, bunu İlon Mask “X” sosial platformasında bildirib.

“Məlumatların məhv edilməsi və ya bəşəriyyətin barbarlığayuvarlanması ehtimalı nəzərə alınaraq, gələcək sivilizasiyalar üçünbiliklərin qorunması məqsədilə bir neçə nüsxə dövri olaraq Günəşsistemində paylanacaq. Biz İsgəndəriyyə Kitabxanasının dərsiniunutmuruq”, – deyə Mask qeyd edib.

O əlavə edib ki, “Grokipedia” layihəsi adı ilə tamuyğunlaşdıqdan sonra onun adı “Encyclopedia Galactica” olaraqdəyişdiriləcək. Layihə kainat haqqında bütün biliklərin açıqmənbəli qlobal anbarına çevrilməyi hədəfləyir.

Seçilən
24
az.trend.az

1Mənbələr