Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Qahirə, 19 noyabr, AZƏRTAC
Dekabrın 2-dən 5-dək Misirdə Aralıq Dənizinin Çirklənmədən Qorunma Konvensiyasının (Barselona Konvensiyası) 24-cü Tərəflər Konfransı (cop24) keçiriləcək.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, konfransın məqsədi Aralıq Dənizi bölgəsində ətraf mühit və iqlimlə bağlı işləri gücləndirməkdir. Konvensiya “ehtiyatlı olmaq lazımdır”, "çirkləndirən ödəyir" kimi əsas prinsipləri özündə birləşdirir və ətraf mühitin qorunmasını dayanıqlı inkişaf məqsədləri ilə inteqrasiya etməyi hədəfləyir.
Tədbirlə bağlı xüsusi olaraq yaradılmış rəsmi vebsayt istifadəyə verilib. Saytda konfransla əlaqəli tədbirlər, rəsmi sənədlər, logistika xidmətləri və turistik məkanlar haqqında məlumatlar yerləşdirilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.