ABŞ Prezidenti Donald Траmpın yeni açıqlaması beynəlxalq gündəmi silkələyib.
Musavat.com xəbər verir ki, ABŞ–Səudiyyə Ərəbistanı İnvestisiya Forumunda çıxış edən ABŞ Prezidenti Donald Tramp Qarabağ münaqişəsi ilə bağlı Vladimir Putinlə apardığı telefon danışığının təfərrüatlarını ilk dəfə açıq şəkildə bölüşüb.
Tramp çıxışı zamanı keçmiş telefon danışığından danışaraq bildirib ki, Putin ondan Azərbaycan–Ermənistan məsələsinin həllinə görə təəccübünü ifadə edib. Tramp isə cavabında Moskvaya fərqli mesaj verdiyini deyib:
“Putin mənə zəng edib dedi: "Azərbaycan… Bu məsələ illərlə davam edirdi. Sənin bunu həll etdiyinə inana bilmirəm. Biz bunu çoxdan etməyə çalışırdıq".
Mən ona dedim ki, bunun üçün narahat olma. Mənə lazım olan sənin o lənətə gəlmiş müharibəndir. Gəl onu bitirim".
Tramp danışığında Ukrayna müharibəsinin dayandırılması üçün özünün daha effektiv planı olduğunu da iddia edib.
Musavat.com