AZ

Azərbaycanın qadın şahmat millisi dünya çempionatında iki məğlubiyyətlə üzləşib

Bakı. Trend:

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanınLinares şəhərində keçirilən dünya çempionatında növbəti turungörüşlərini keçirib.

Trend xəbər verirki, III turda yığma ABŞ, IV turda isə FIDE komandası iləqarşılaşıb. Millimiz həm ABŞ-a (0,5:3,5), həm də FIDE-yə (1:3)məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki turda A qrupunda Perunu3:1 hesabı ilə məğlub edib, Qazaxıstana isə 1,5:2,5 hesabı iləuduzub.

Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva,Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb.Komandanın kapitanı İlahə Qədimovadır.

Dünya çempionatı noyabrın 23-də başa çatacaq.

Seçilən
19
az.trend.az

1Mənbələr