AZ

Vaşinqton ştatında nadir H5N5 quş qripinin ilk insan yoluxması qeydə alınıb

Bakı. Trend:

Vaşinqton ştatında əvvəllər yalnız heyvanlarda rast gəlinənnadir H5N5 quş qripi ştammının ilk təsdiqlənmiş insan yoluxması başverib.

Trend xəbər verirki, bu barədə "New York Post" məlumat yayıb.

Dövlət Səhiyyə Departamentinin açıqlamasına görə, yoluxan şəxsgizli xəstəlikləri olan yaşlı bir kişidir. O, bu ayın əvvəlindəyüksək hərarət, çaşqınlıq və tənəffüs çatışmazlığı ilə ağırvəziyyətdə xəstəxanaya yerləşdirilib.

Mütəxəssislər infeksiyanın mənbəyinin kişinin həyətindəki evquşları və ya ərazidə sərbəst gəzən vəhşi ördəklər və qazlar olabiləcəyini bildirir.

Kişi hələ xəstəxanada müalicə olunur və istintaq davam edir.Səhiyyə Departamenti və Xəstəliklərə Nəzarət və ProfilaktikaMərkəzləri (CDC) qeyd edirlər ki, ictimaiyyət üçün risk aşağıdır vəH5N5-in insandan insana ötürülməsi halı qeydə alınmayıb.

H5N5, daha çox yayılmış H5N1 virusundan səth zülalının növünəgörə fərqlənir. H5N1 2022-ci ildən bəri ölkədə dövriyyədədir vəvəhşi quşlara, ev quşlarına, mal-qaraya və bəzən insanlarayoluxur.

Seçilən
16
az.trend.az

1Mənbələr