Bakı. Trend:
ABŞ ölkənin ən yeni “F-47” qırıcısının yaradılması işlərinəartıq başlayıb.
Trend-in verdiyiməlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“Yeni Nəsil Hava Üstünlüyü” (NGAD) proqramı çərçivəsindəhazırlanan altıncı nəsil “F-47” qırıcısının ilk uçuş sınaqları2028-ci ilə planlaşdırılıb.
Layihənin detalları gizli saxlanılır. Məlumata görə, “F-47” 1600 kilometrdən artıq uçuş mənzilinə, təxminən 2 248 km/saat sürətəvə qabaqcıl görünməzlik texnologiyalarına malik olacaq.
ABŞ Hərbi Hava Qüvvələri ən azı 185 belə təyyarə almağıplanlaşdırır və bir qırıcının dəyəri 300 milyon dollardan çoxqiymətləndirilir.