AZ

ABŞ BƏƏ və Səudiyyə Ərəbistanına qabaqcıl yarımkeçirici satışına icazə verdi

Bakı. Trend:

ABŞ Ticarət Departamenti Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vəSəudiyyə Ərəbistanında fəaliyyət göstərən iki şirkətə ən müasirAmerika yarımkeçiricilərinin satışına icazə verib.

Trend-inməlumatına görə, bu barədə qurumun yaydığı məlumatda deyilir.

Ticarət Nazirliyi sözügedən şirkətlərə 35 min ədəd "NvidiaBlackwell" çipinə ekvivalent olan qabaqcıl yarımkeçiricilərinixracına razılıq verib.

İcazə alan qurumlar Əbu-Dabidə yerləşən "G42" və SəudiyyəƏrəbistanının "Humain" şirkətləridir. Hər iki şirkət süni intellekttexnologiyalarının inkişafı ilə məşğuldur.

ABŞ Ticarət Departamenti hesab edir ki, bu addım ölkənin, ocümlədən süni intellekt sahəsindəki irəliləyişlər daxil olmaqla,texnologiya sektorunda dominant mövqeyini möhkəmləndirməyə köməkedəcək.

Seçilən
40
az.trend.az

1Mənbələr