Bakı. Trend:
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionuMaykl Cordan doğulduğu Vilminqton şəhərində yerləşən tibb mərkəzinə10 milyon dollar məbləğində ianə edib.
Trend xəbər verirki, ianədən sonra klinikanın Nevrologiya İnstitutu məşhurbasketbolçunun anası Delorisin adını daşıyacaq.
Cordan açıqlamasında bildirib ki, anası ona şəfqətin vacibliyiniöyrədib: “Onun xatirəsini anmaq üçün ehtiyacı olan insanlara ənmüasir nevroloji xidmətin göstərilməsinə dəstək olmaqdan daha yaxşıbir yol təsəvvür edə bilmərəm”.
Qeyd edək ki, Maykl Cordan dünya basketbolunun ən böyükoyunçularından biri sayılır. O, ikiqat Olimpiya çempionudur (1984,1992) və “Çikaqo Bullz”un heyətində altı dəfə NBA çempionuolub.