AZ

Ağ Ev Epsteyn materiallarının dərcini əngəlləməyə çalışıb

Reuters: Tramp administrasiyası Konqresdə səsverməni aylarla ləngitmək istəyib…

Poliqon xəbər verir ki, Reuters-in məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası maliyyəçi Ceffri Epşteyn işi üzrə araşdırma materiallarının açıqlanmasını gecikdirmək üçün uzun müddət pərdəarxası səylər göstərib. Məsələ ilə tanış mənbələr agentliyə bildiriblər ki, Ağ Ev aylarla Konqresdə səsvermənin qarşısını almağa çalışsa da, noyabrın ortalarına doğru bu kampaniyanın uğursuz olduğu aydınlaşıb.

Mənbələrin sözlərinə görə, Konqresdəki prosesə mane ola bilməyəcəyini anlayan Ağ Ev rəsmiləri və şəxsən Donald Tramp strategiyanı dəyişməli olub — materialların dərcinin qarşısını almaq əvəzinə zərərin azalmasına fokuslanıblar. Bundan sonra, əvvəllər sənədlərin açıqlanmasına qarşı çıxmasına baxmayaraq, Tramp Respublikaçılara materialların açıqlanmasına səs verməyi tövsiyə edib.

Nəticədə, 18 noyabrda ABŞ Senatı Epşteyn işi üzrə araşdırma materiallarının dərcini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Bu, maliyyəçinin illərdir mübahisə doğuran əlaqələri, siyasi dairələrlə təmasları və təhqiqatın bir sıra qaranlıq məqamları ilə bağlı sənədlərin ictimaiyyətə çıxarılmasına yaşıl işıq yandırıb.

ABŞ prezidenti Donald Tramp bu gün açıqlamasında bildirib ki, sənədləri dərc edən qanunu imzalayıb və “Epşteyn faylları” 30 gün ərzində ictimaiyyətə təqdim olunacaq. Onun sözlərinə görə, sənədlərin açıqlanması “Amerika xalqının aydınlığı və həqiqəti bilməsi üçün vacib addımdır”.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr