Afrikada 2025-ci ilin ən yaxşı futbolçusu bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyası (CAF) məlumat yayıb.
İlin ən yaxşısı adına PSJ-nin futbolçudu Əşrəf Hakimi layiq görülüb.
Mərakeşli yarımmüdafiəçi bu sıralamada “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah və “Qalatasaray”ın nigeriyalı forvardı Viktor Osimhendən üstün olub.
Qeyd edək ki, Hakimi bütün yarışlarda 55 oyun keçirib, 11 qol vurub və 14 məhsuldar ötürmə edib.