AZ

Məhkəmə bacısının keçmiş ərini bıçaqlayan şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində qəsədn sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Bəşir Lətifovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 19 yanvar 2025-ci il tarixdə, saat 21 radələrində paytaxt ərazisində yerləşən “Yeni şəhər” marketinin arxa hissəsində qeydə alınıb.


Belə ki, Bəşir Lətifov bacısının keçmiş əri, zərərçəkmiş Nahid Yusifovla (adı, soyadı şərtidir) münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir edib, sonra yumruqla sifət nahiyəsinə vurub. Daha sonra təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçağı çıxararaq Nahidin kürək nahiyəsinə ardıcıl iki zərbə endirərək xəsarət yetirib.


Hadisədən sonra Bəşir Lətifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiriseçilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

 

Kamal Məmmədov 

Tarix: 20 Noyabr 2025, 08:19   
Seçilən
12
pravda.az

1Mənbələr