Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Göygöldə ağır avtomobil qəzası olub.
Axar.az Report-a istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər - 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və sürücü, 1990-cı il təvəllüdlü Abdi Əhliman Ramiz oğlu aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.
Hadisə zamanı xəsarət alanların da olduğu bildirilir.
Əraziyə təcili tibbi yardım biriqadaları və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.