AZ

Epşteyn işi ilə bağlı materiallar açıqlanacaq Tramp qanunu imzaladı

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən təsdiqlənən və özündə uşaqlara təcavüzdə təqsirli bilinən və sonra intihar edən maliyyəçi Cefri Epşteynin işi ilə bağlı materialların açıqlamasını ehtiva edən qanun layihəsini imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social"da məlumat verib.

Tramp qeyd edib ki, Epşteynlə bağlı materialların yayımlanması üçün qanun layihəsini yenicə imzalayıb. ABŞ prezidenti maliyyəçinin demokrat olduğunu və həmin partiyanın siyasətçilərinə minlərlə dollar bağışladığını vurğulayıb.

Onun sözlərinə görə, xüsusilə Epşteyn bir çox tanınmış demokrat xadimlərlə sıx əlaqələrə malik olub. Onların arasında Tramp ABŞ-ın 42-ci prezidenti Bill Klintonun və Nümayəndələr Palatasında azlıqların lideri Hakim Cefrisin adını çəkib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
4
bakivaxti.az

6Mənbələr