AZ

DÇ matçı zamanı Türkiyə millisinin soyunma otağından oğurluq edildi

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

DÇ-2026-nın seçmə mərhələsinin son turu çərçivəsində İspaniya və Türkiyə millisi Sevilyadakı “La Cartuja” stadionunda qarşılaşıb. Matçdan sonra Türkiyə millisinin soyunma otağında gözlənilməz oğurluq hadisəsinin baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri yazıb.

Bildirilib ki, matç zamanı Türkiyə millisinin soyunma otağından təxminən 200 min dəyərində saat və ümumilikdə 60 min avro dəyərində iki üzük oğurlanıb.

Polis oğurlanan əşyaları tapıb və şübhəlilərdən birini saxlayıb. Hadisənin necə baş verdiyi ilə bağlı istintaq davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
qafqazinfo.az

3Mənbələr