AZ

"Oyunlar olub ki, sırf şanssızlıqdan uduzmuşuq"

I Liqada mövsümə inamsız başlayan MOİK bu gün daha bir çətin sınaq qarşısında olacaq. "Hərbçilər" iddialı komandalardan olan "Mingəçevir"i qəbul edəcək. Milli komandaların seçmə oyunları ilə əlaqədar fasilədən sonraya təsadüf edəcək matçdan öncə baş məşqçi İlham Yadullayevin fikirlərini öyrəndik.

Onun Fanat.Az-a dedikləri belə oldu:

"Mənim üçün son matç ola bilər? Boş söhbətdir. Əslində, hər matça final kimi yanaşırıq. İstər liderlər olsun, istərsə də zəiflər, hamısına qələbə əzmi ilə çıxırıq. Oyun var, ancaq nəticə hələ arzulanan kimi deyil. Amma o da olacaq. Oyunlar olub ki, sırf şanssızlıqdan uduzmuşuq. Qışa kimi mübarizəmizi davam etdirib nəticələrimizi yaxşılaşdırmalıyıq. Budəfəki fasilədən maksimum faydalandıq. Fiziki hazırlığımızı qaydaya saldıq, boşluqlarımızın üzərində çalışdıq. "Mingəçevir"lə oyuna hazırıq. Yeganə itkimiz Zeynəddin Abdurahmanovdur. "Cəbrayıl"la 5-ci turdakı oyunda aldığı qırmızı vərəqə ilə bağlı cəzası davam edir".     

Qeyd edək ki, MOİK - "Mingəçevir" oyunu bu gün Binədə baş tutacaq və saat 14:00-da başlayacaq.

Mirağa

Seçilən
13
1
fanat.az

2Mənbələr