AZ

COP prosesi çərçivəsində vacib missiyalar Azərbaycana həvalə olunur

Bakı.Trend:

Azərbaycan COP sədrliyini Braziliyaya təhvil verdikdən sonra daiqlim diplomatiyası sahəsində fəal qalmağa davam edir. COP29çərçivəsində və COP30-a hazırlıq dövründə ölkələr arasındaqazandığı etimad sayəsində COP prosesi çərçivəsində vacibmissiyalar Azərbaycana həvalə olunur.

Trend xəbər verir ki, buxüsusda, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfiqərarına uyğun olaraq Azərbaycan və Braziliya COP29 və COP30sədrlikləri olaraq qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞdollarına yüksəldilməsinə dair “Bakıdan Belemə Yol Xəritəsi”nihazırlayaraq COP30 çərçivəsində təqdim etmişdir. COP-un ikiSədrliyinin birlikdə hazırladığı bu yol xəritəsi əksər dövlətlərtərəsindən yüksək dəyərləndirilmiş və müsbət qarşılanmışdır.

Həmçinin Braziliya tərəfinin xahişinə əsasən COP30-da qəbuledilməsi gözlənilən aşağıdakı 2 mühüm qərarla bağlı danışıqlarınaparılması və həmin sənədlərin razılaşdırılması Azərbaycana həvaləolunmuşdur:

COP31-in ev sahibinin müəyyənləşdirilməsi ilə bağlı qərar

COP30 sədri André do Lago Azərbaycan xarici işlər nazirininmüavini Yalçın Rəfiyev və Braziliya XİN-in xüsusi tapşırıqlar üzrəsəfiri Mauricio Lyrioya COP30 sədrliyi adına COP31-in ev sahibininmüəyyən edilməsi üzrə yüksək səviyyəli danışıqların aparılmasısəlahiyyətini verib.

Trend-in məlumatına görə,COP31-ə ev sahibliyi uğrunda Avstraliyavə Türkiyə mübarizə aparır. Hazırda hər iki səlahiyyətli nümayəndəintensiv şəkildə Avstraliya və Türkiyə arasındakı danışıqlaravasitəçilik edir, həll yolunu müəyyən etməyə çalışır.

COP30-un ən vacib mümkün nəticələrindən biri hesab edilən ParisSazişinin Qlobal Qiymətləndirmə İcmalı (Global Stocktake -GST) iləbağlı sənədin razılaşdırılması

COP30 Sədri André do Lago Azərbaycan və Norveç nümayəndələrinəprosesə onun adından rəhbərlik etmək və dövlətlər arasındadanışıqlar aparmaq mandatını vermişdir. Bu danışıqlara Azərbaycantərəfdən rəhbərliyi xarici işlər nazirinin müavini Yalçın Rəfiyev,Norveç tərəfdən isə bu dövlətin iqlim və ətraf mühit naziri AndreasBjelland Eriksen edir.

Məqalədə:
Seçilən
56
34
az.trend.az

10Mənbələr