AZ

Mənim heykəlimi qoymalıdırlar

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

"Bayati şiraz"ı belə süni intellektlə düzəldiblər. İrad da bildirmirlər. Mən bir neçə dəfə irad bildirdim, amma cavab görmədim".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu yutubda yayımlanan "Künc-bucaq" layihəsində deyib. Sənətçi onun yaradıcılığına qiymət verilmədiyini bildirib. T.Şahmalıoğlu qeyd edib ki, 

"Bu gün lazımsız insanlar efirdədir. Gileyliyəm, bu gün heç nə yoxdur. Biri maşın alır, 1 il sürür deyir, yenisini istəyirəm. İndi insanlardan elə istifadə edirlər. Yenisi gələndə köhnə sənətçiləri atırlar kənara. Axı biz sənətkarıq, hərənin öz yeri var. Yeni bizim yerimizə gələ bilmir. Onlarda potensial yoxdur. İndi axtarış yoxdur. Kimsə gəlir, deyir sənətkaram, Deyirlər, gəl. Sənətkarı axtarıb tapmaq lazımdır.

Öləndə də qiymət vermirlər. Belə olmamalıdır. 45-50 ilimi millətə qurban vermişəm, yazmışam, yaratmışam. "Yolun düşsə bu dünyaya bir də gəl" mahnısı yaratdım. Bunu mən yaratdım. Bir maraqlanın da.... Nə qədər boş şeylərlə maraqlanacaqsınız. Efir elə bil rinqdir: o onla, bu bunla dava edir. Türkiyədə belə şey yoxdur. Sənətlə mücadilə edin".

T.Şahmalıoğlu insanları zövqsüz adlandırıb:

"İnsanlarda özvq qalmayıb. Bayağı mahnıya qulaq asanlara baxıram: cavan, normal oğlandır, oturub buna qulaq asır. Bir meyxanaçı çıxıb efirə, deyir ki, sözlə obraz yaradırıq. Hansı obrazı yaratmısan? Yarada bilmirsiniz, ona görə də yadda qalmırsınız".

"Şuşa festivalında niyə yox idiniz" sualın müğənni belə reaksiya verib:

"Mübahisə oldu, burada olmalı idim. Dövlətdən ev, maşın istəmirəm. Hər şeyim var. Ailəmdən də razıyam. Sadəcə, ədalət istəyirəm. Niyə aldadırsınız? Həyatımız yalandır: o ona, bu buna atır, aldadır. Dürüstlük də qalmayıb. Belə olmamalıdır. 44 günlük müharibədə hamı bir oldu, nələr yaratdıq. Musiqidə də birlik yoxdu, hərə ağzına gələni oxuyur.

Layiq olduğum qiyməti almamışam. Heykəlim qoyulmalı idi. Tanımırlar ki, mən nəyəm. Öləndən sonra biləcəklər. Nə edirəm bu dəyəri? Heç ölümümdən sonrakı dəyərin balama, nəvələrimə xeyri olmayacaq. Tacir toya gedib, 500-300 manat qazanmamlıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
axsam.az

2Mənbələr