AZ

Ağ Ev Epstein işi ilə bağlı sənədlərin açıqlanmasını gecikdirməyə çalışıb - KİV

Ağ Ev Epstein işi ilə bağlı sənədlərin açıqlanmasını gecikdirməyə çalışıb - KİV

ABŞ Prezidenti Donald Tramp administrasiyası Senat üzvlərinə təzyiq göstərərək maliyyəçi Ceffri Epşteynin işinə dair sənədlərin açıqlanması ilə bağlı səsverməni ləngitməyə cəhd edib.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, əvvəlcə Ağ Ev sənədlərin açıqlanması qanun layihəsinin ümumiyyətlə müzakirəyə çıxarılmasının qarşısını almağa çalışıb. Uğursuz cəhdlər nəticəsində qanun layihəsi Nümayəndələr Palatasında qəbul edildikdən sonra Tramp administrasiyası senatorlara sənədlərdən yalnız qismən hissələrin açıqlanmasını təmin edəcək dəyişikliklər etmək üçün təzyiq göstərib. Həmçinin, Ağ Ev Respublikaçıların rəhbərliyindən sənədin hər detalını diqqətlə araşdıraraq prosesi gecikdirmələrini xahiş edib.

"Reuters" bildirir ki, Tramp administrasiyası bu prosesi ləngidə bilmədiyi üçün, Ağ Evin hər iki palatada Respublikaçı əksəriyyət üzərində təsir imkanlarının sərhədləri açıq şəkildə görünüb.

Seçilən
5
afn.az

1Mənbələr