AZ

Tramp Səudiyyəyə “yaşıl işıq” yandırdı: İrana qarşı ŞOK PLAN

“İslam dünyasında Səudiyyə Ərəbistanına böyük imkan və xüsusi missiya verildiyi düşünülür. Bu da bölgədə gedən proseslərdə Səudiyyənin dəstəklənməsi ilə özünü göstərir”.

Bu fikirləri NOCOMMENT.az-a açıqlamasında Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib.

Əziz
Əziz Əlibəyli

O, bildirib ki, Səudiyyənin formalaşma tarixi, siyasi yönümü və inkişaf xəttinin müəyyən qədər Qərb – xüsusilə Böyük Britaniya və ABŞ təsirləri ilə bağlı olduğu məlumdur:

“Ər-Riyadın hazırkı siyasi kursunun isə əsasən İranın regional ambisiyalarına qarşı yönəldiyi məlumdur. Bu baxımdan Səudiyyənin dəstəklənməsi müəyyən mənada başadüşüləndir. Digər tərəfdən, bu dəstəyin ikinci istiqaməti Səudiyyənin faktiki olaraq gücləndirilməsinə yönəlib. Məqsəd odur ki, krallıq həm siyasi, həm də hərbi baxımdan bölgənin aparıcı güclərindən birinə çevrilsin və lazım gəldikdə digər aktorları cəzalandırmaq və ya balanslaşdırmaq imkanına malik olsun”.

Seçilən
35
nocomment.az

1Mənbələr