Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Avstraliya Baş naziri Anthony Albanese Birləşmiş Millətlər Təşkilatının İqlim Sammitinin 2026-cı ildə Türkiyədə keçiriləcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, Albanese sammitin Türkiyədə keçiriləcəyini, lakin hökumətlərarası danışıqlara Avstraliyanın sədrlik edəcəyini bildirib.
"Bizim əldə etdiyimiz missiya həm Avstraliya, həm də Türkiyə üçün böyük bir qələbədir", - deyə Albanese qeyd edib.
Qeyd olunur ki, sammit Antalyada keçirilə bilər.
Bildirək ki, Avstraliya 31-ci Tərəflər Konfransına və ya COP31-ə ev sahibliyi etmək üçün Türkiyə ilə rəqabət aparırdı.
Gülayə Mecid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.