Ayna saytından alınan məlumata görə, ain.az bildirir.
Brüssel 4,5 milyard ilə 6,5 milyard avro arasında töhfə tələb edib, Böyük Britaniya isə 200-300 milyon avro təklif edib
Avropa Komissiyası (AK), Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) Müdafiə Fondunda iştirak etməsinə imkan verəcək bir razılaşmanın əldə ediləcəyini gözləmir. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, AK Böyük Britaniya ilə razılığa gəlmək üçün 19 noyabr axşamı son tarix təyin etmişdi, lakin danışıqlar dalana dirənib. Danışıqlarda iştirak edən adı açıqlanmayan bir diplomat vəziyyəti "gərgin" adlandırıb.
Digər Avropa diplomatlarının sözlərinə görə, Brüssel 4,5 milyard ilə 6,5 milyard avro arasında töhfə tələb edib, Böyük Britaniya isə 200-300 milyon avro təklif edib. Bir neçə rəsmi şəxs Böyük Britaniyanın ilkin təklifinin daha da kiçik olduğunu bildirib.
Eyni məsələ ilə bağlı Kanada ilə danışıqların "daha sakit" şəkildə davam etdiyi bildirilir.
Əvvəllər qeyd edilmişdi ki, Aİ Böyük Britaniyanın silah tədarükü üçün 150 milyard avroluq Avropa üçün Təhlükəsizlik Fəaliyyəti (SAFE) fonduna çıxışını töhfənin ödənilməsi ilə şərtləndirib. London əvvəllər bu məbləğin ağlabatan olmayan dərəcədə yüksək olduğunu və Böyük Britaniyanın fonda çıxış üçün ödəyə biləcəyi məbləği xeyli üstələdiyini bildirib. Böyük Britaniyanın müdafiə naziri Con Heyli bildirib ki, Böyük Britaniya Aİ-nin Müdafiə Fondunun bir hissəsi olmaq istəyir, lakin "heç bir xərclə ".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.