BAKI, 20 noyabr. TELEQRAF
"Uşaqlar üçün ayrıca reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulub".
Teleqraf xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada təşkil olunmuş brifinqdə deyib.
O bildirib ki, ölkədə reabilitasiya xidmətlərinə ən çox ehtiyacı olanlardan böyük qismi uşaqlardır.
"Bu səbəbdən ölkədə uşaqlar üçün ayrıca reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulub. Onların ehtiyacı olan bütün müalicələrin həyata keçirilməsi ilə bağlı addımlar atılacaq. Sözügedən uşaqlar ya anadan gəlmə, ya da genetik xəstəliklərdən əziyyət çəkirlər", - o əlavə edib.