AZ

"Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi avronun çöküşünə səbəb ola bilər" - Orban

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya kömək məqsədilə müsadirə edərsə, uzunmüddətli məhkəmə çəkişmələri və avronun çöküşü ilə üzləşə bilər.

Missiya.Az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Baş nazirin sözlərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynaya 135 milyard avro yardım toplamağı planlaşdırır, lakin Aİ-də bu vəsait yoxdur. Fon der Leyen müttəfiq ölkələrə büdcələrdən könüllü köçürmə və ya birgə kredit variantlarını təklif edib.

Xatırladaq ki, Ukraynada xüsusi hərbi əməliyyat başladıqdan sonra Aİ və G7 ölkələri Rusiyanın təxminən 300 milyard avro dəyərində valyuta ehtiyatlarının yarısını dondurub.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
9
missiya.az

1Mənbələr