AZ

İslamiada: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycanın iki güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, sərbəst güləşdə İslam Bazarqanov (57 kiloqram), qadın güləşində Ruzanna Məmmədova (62 kiloqram) həlledici görüşə vəsiqə qazanıblar.

Yarımfinalda uduzan Əli Rəhimzadə (65 kiloqram) və Nigar Mirzəzadə (68 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

Daha əvvəl Azərbaycan güləşçilərindən Jalə Əliyeva (57 kiloqram) qızıl, Həsrət Cəfərov (67 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) gümüş, Elnurə Məmmədova (50 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, İslamiadaya noyabrın 21-də yekun vurulacaq.

Seçilən
35
3
azertag.az

4Mənbələr