AZ

Hindistanda iddialı çip hədəfi

Hindistan hökuməti çip sahəsində özünə iddialı bir hədəf müəyyən edib.

Hindistanın Texnologiya Naziri Aşvini Vayşnav, ölkənin çip istehsal gücünün 2032-ci ilə qədər digər böyük istehsalçılarla eyni səviyyəyə çatacağını söyləyib.

Nazir Sinqapurda keçirilən Bloomberg New Economy Forum çərçivəsində çıxışı zamanı bunları deyib:

“Çiplər mövzusunda 2031–2032-ci illərə qədər bu ölkələrin çoxunun bu gün olduğu səviyyəyə çatacağıq. O zaman çox ədalətli və bərabər şərtlərlə rəqabət mühiti formalaşacaq”.

Hindistanın çip təşəbbüsü hələ başlanğıc mərhələsində olsa da, ölkə dizaynerləri və istehsalçıları cəlb etmək üçün xərclərini artırır.

Dünyanın ən çox əhalisi olan ölkəsi, çip proqramını dəstəkləmək üçün 10 milyard dollarlıq fond ayıraraq müxtəlif yığma, qablaşdırma və test layihələrinin həyata keçirilməsinə dəstək olub.

Micron Technology Inc. baş nazir Narendra Modinin doğulduğu Qucarat ştatında bir zavod qurub və Tata Group ölkə daxilində silikon istehsalı həyata keçirəcək 10 istehsalçıdan biridir.

Seçilən
7
2
marja.az

3Mənbələr