AZ

Azərbaycanlı futbolçu Rusiyada ən yaxşı seçilə bilər

BAKI, 20 noyabr. TELEQRAF

Əslən azərbaycanlı futbolçu Ülvi Babayev Rusiyada mükafatlandırıla bilər.

Teleqraf xəbər verir ki, "Dinamo Moskva"nın hücumçusu "Viktor Qorlov Uşaq Futbol Liqası"nın təsis etdiyi "İlk Beşlik" mükafatının namizədləri arasında yer alıb.

İlin ən yaxşı gənc futbolçusu mükafatı uğrunda Rusiya Premyer Liqasında mövsümün oyunlarının 50%-da iştirak etmiş 21 yaşadək futbolçular mübarizə aparır.

Ümumilikdə "ən yaxşı" adına 16 futbolçu iddia edir.

Qeyd edək ki, Ülvi Babayev bir müddət öncə Rusiya yığma komandasında çıxış etmək istədiyini açıqlamışdı.

Seçilən
69
1
teleqraf.com

2Mənbələr