AZ

Türkdilli ölkədə çətənədən avtomobil detalları hazırlanacaq

Qazaxıstanda çətənə yetişdirilməsi və emalı qaydaları təsdiqlənib.

Avtosfer.az xəbər verir ki, yeni qaydalarda əsas diqqət tibbi vasitələrin istehsalına deyil, sənaye məhsullarının hazırlanmasına yönəldilib. Qaydaya görə, çətənə sənaye məqsədi ilə istifadə edildikdə tərkibindəki təsiredici (psixotrop) maddələr minimuma endirilməlidir. 
Sənəddəki biokompozitlər kateqoriyasında göstərilir ki, emal edilmiş çətənədən avtomobil sənaysində istifadəyə icazə verilir. 
Qeyd edək ki, çətənədən avtomobil oturacaqları üçün parçadan tutmuş kuzov detallarınadək çox sayda məmulat hazırlamaq mümkündür. Bu detalların üstünlüyü bioloji olaraq parçalana bilməsidir. Başqa sözlə, çətənədən hazırlanan detal təbiətə heç bir ziyan vurmur.

Vüqar

Seçilən
37
1
avtosfer.az

2Mənbələr