AZ

Kreml Rusiya və ABŞ-ın Ukraynaya aid hər hansı birgə planının olması xəbərlərini təkzib edib  

Kreml Ukraynadakı silahlı münaqişəyə son qoyulmasına dair Rusiya və ABŞ-ın birgə planının olması barədə xarici medianın xəbərlərini təkzib edib. Guya, bu plana 28 bənd daxil edilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən Rusiyanın Ankoricdə keçirilən görüşdə elan edilənlərdən başqa heç bir yeni məlumata malik olmadığını vurğulayıb. "Ankoricdə müzakirə olunan məsələlərə əlavə edəcək yeni bir məlumatımız yoxdur. Bizim heç bir yeniliyimiz yoxdur”, - deyə Kremlin sözçüsü bildirib.

Sülh yolu ilə nizamlanmaya nail olmaq üçün mümkün Rusiya-ABŞ məsləhətləşmələri ilə bağlı iddiaları şərh edən Peskov qeyd edib ki, hazırda hərtərəfli məsləhətləşmələr aparılmır. “Əlbəttə, əlaqələr var, amma məsləhətləşmə adlandırıla biləcək heç bir proses yoxdur. Bu, davam etmir”, - deyə o, rəsmi danışıqlar səviyyəsində müzakirələrin aparılmadığını vurğulayıb.

Moskva ilə Vaşinqton arasında əlaqələrin səviyyəsi ilə bağlı dəqiqləşdirici sualı cavablandıran Peskov bildirib ki, artıq deyilənlərə əlavə edəcək bir məqam yoxdur.

Seçilən
5
2
azerbaijan-news.az

3Mənbələr