AZ

I Liqa: "Mingəçevir" səfərdə sevindi, "Cəbrayıl" qol yağdırdı

Azərbaycan I Liqasında VIII tur start götürüb. 

Fanat.Az xəbər verir ki, turun açılış günündə üç oyun baş tutub. 

"Zaqatala" doğma meydanda "Şahdağ Qusar"ı qəbul edib. Oyunun taleyini ikinci hissənin ortalarında vurulan bir qol həll edib. Görüşdən meydan sahibləri qalib ayrılıblar. 

Günün mərkəzi oyununda "Mingəçevir" ilə MOİK üz-üzə gəlib. Bölgə təmsilçisi bakılılarla səfər matçında darmadağına sevinib. 

Yarım saat gec start götürən “Cəbrayıl” – “Şimal” qarşılaşmasında da məhsuldar nəticə qeydə alınıb. Meydan sahibləri 3 xalı 7 cavabsız qolla qazanıb. 

Azərbaycan I Liqası
VIII tur
20 noyabr 

“Zaqatala” – “Şahdağ Qusar” 1:0
Qol
: C.Kərimov, 69.

MOİK – “Mingəçevir” 0:3
Qollar
: M.Səfərov, 39; 46. K.Kalunqa, 70.

“Cəbrayıl” – “Şimal” 7:0
Qollar
: N.Lobe, 8; 31. B.Soltanov, 45+1. A.Dauda, 55. S.Hüseynli, 65. A.Eli, 63. H.Həsənov, 80.

Seçilən
43
1
fanat.az

2Mənbələr