Bakı. Trend:
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları”QSC “Dubai Airshow 2025” çərçivəsində uçuşların təhlükəsizliyi üzrəən yüksək beynəlxalq standartlara sadiqliyini təsdiqləyərək həmtexnoloji modernizasiya, həm də qlobal təhlükəsizlik baxımındannövbəti mərhələyə keçid edib.
AZAL İtaliyanın müdafiə və aerokosmik sənayesinin aparıcıistehsalçısı “Leonardo” ilə yeni nəsil meteoroloji radarsistemlərinin alınması və inteqrasiyası üzrə müqaviləimzalayıb.
2006-cı ildən etibarən iki şirkət arasında tərəfdaşlıqmühəndislik, təchizat və aviasiya layihələri üzrə ardıcıl uğurlarlagenişlənərək Azərbaycanın aviasiya infrastrukturunun Avropatexnologiyaları əsasında modernizasiyasına möhkəm bazaformalaşdırıb.
Yeni nəsil METEOR 735 C-Band radar sistemi:
- Dolu, leysan, turbulentlik və külək kəsimləri kimi ekstremalhava hadisələrini real vaxtda yüksək dəqiqliklə aşkar edir;
- 200 km-lik müşahidə diapazonu, maqnetron tipli ötürücü vəyüksək rezolyusiyalı “3D/WEB” vizuallaşdırma platforması atmosferproseslərinin dəqiq təhlilini təmin edir;
- Doppler və dual-polarizasiya texnologiyaları sayəsində operativqərarverməni gücləndirir.
Bu radar sistemləri hava limanlarında enmə və qalxmaəməliyyatlarının fasiləsiz monitorinqinə, dəyişən havaproseslərinin əvvəlcədən modelləşdirilməsinə və təhlükəli atmosferhadisələrinin vaxtında aşkarlanmasına imkan yaradaraq uçuşlarıntəhlükəsizliyi və davamlılığını əhəmiyyətli dərəcədə artıracaq.
Texnoloji modernizasiya ilə yanaşı, AZAL qlobal uçuşlarıntəhlükəsizliyi üzrə ən nüfuzlu qurumlardan biri olan UçuşTəhlükəsizliyi Fondunun (Flight Safety Foundation – FSF)strateji tərəfdaşları sırasına qoşularaq Fondun ən yüksək üzvlüksəviyyələrindən biri olan “Benefactor Member”statusunu əldə edib.
FSF-in proqramlarında tamhüquqlu iştirak AZALüçün:
- Bilik və təcrübə mübadiləsi;
- Risklərin analizi və qabaqcıl sənaye həllərinin tətbiqi;
- Uçuş təhlükəsizliyinin idarəetmə sistemlərinin inkişafı;
- Təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi;
- Aviasiya sənayesinin regionda və beynəlxalq miqyasdasəmərəliliyin artırılmasına xidmət edən strateji imkanlaryaradır.
“Benefactor Member” statusu Fondun əsas təşəbbüslərinidəstəkləyən və qlobal aviasiya təhlükəsizliyi standartlarınınformalaşdırılmasına töhfə verən aparıcı təşkilatlara təqdim olunur.Bu statusa malik qurumlar beynəlxalq aviasiya sektorunun aparıcıaviaşirkətləri, istehsalçıları və sənaye innovatorları arasındaxüsusi yer tutur.
Bu təşəbbüslər “Azərbaycan Hava Yolları” QSC-nin uçuşlarıntəhlükəsizliyinə dair qlobal öhdəliklərini yeni səviyyəyə daşıyırvə ölkəmizin hava nəqliyyatı sisteminin gələcəyə yönəlmişmodernizasiyasını sürətləndirir.