AZ

Bakıda qumar oynayan şəxs 3 min manat cərimə edildi

BAKI, 20 noyabr. TELEQRAF

Bakının Nərimanov rayonunda qumar oyunu təşkil edən şəxs məsuliyyətə cəlb edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Bakı şəhər sakini Eldar Səməndərov (ad-soyad şərti verilib – red.) internet informasiya vasitələrindən istifadə edərək “pin-up”, “mosbet” və sair onlayn qumar və mərc səhifələrində qumar oynayaraq uduş əldə edib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən E. Səməndərov bir neçə dəfə oyunlar oynayıb və cəmi 40 manat uduş əldə edib: “Uduzduğum vəsaitlər isə 1000 manat təşkil edir. Sonuncu dəfə Binəqədi rayonu ərazisində oyun oynamışam. Əməlimdən səmimi peşmanam”.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təqsirli bilinən şəxs 3 min manat miqdarında cərimə olunub.

Seçilən
85
2
teleqraf.com

3Mənbələr