AZ

Almaxanımdan nazirliyə sərt İTTİHAM: "Qaliblərin yerləri pulla satılıb"

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Ajans.az xəbər verir ki, proqramın budəfəki buraxılışında bəzi sənət adamlarının mədəniyyət tədbirlərindən kənarlaşdırılması, müsabiqələrdə qalib yerlərin pulla satılması iddia edilib. Müğənni Almaxanım Əhmədli qeyd edib ki, Opera və Balet Teatrında "Leyli və Məcnun" üçün direktora tapşırılmadan orada səhnə almaq mümkün deyildi. Müğənninin sözlərinə görə, muğam müsabiqəsinə qaliblərin yerləri də pulla satılıb: "Opera da, Milli Konservatoriya da mədəniyyət sahəsidir. Siyavuş Kərimi özü də bir Xalq artisti olmasına baxmayaraq, o gün müsahibəsində bildirib ki, fəxri adlar pulla verilib. Axı sən özün də yerləri pulla satırdın. Respublika muğam müsabiqəsində və beynəlxalq müsabiqədəki qaliblərin yerlərini. Bu, iddia deyil, mənim orada ərizəm var. Məni məcbur etdilər ki, qazandığım 5 mini könüllü fonduna keçirim", - deyə o vurğulayıb. Daha ətraflı Baku TV-nin videomaterialında:

Seçilən
43
1
Ajans.az

3Mənbələr