ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 20 noyabr, AZƏRTAC
I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumunun iştirakçıları AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ilə tanış olublar.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Simpozium iştirakçılarının diqqətinə bu il AMEA-nın 80, MEK-in isə 100 illik yubileylərinin qeyd olunduğu çatdırılıb. Qonaqlar AMEA alimlərinin son illərdə elmi nailiyyətləri, beynəlxalq əməkdaşlıq layihələri və yeni nəşr layihələri haqqında ətraflı məlumat əldə ediblər.
Ziyarətçilər MEK-in Sərgi salonunda Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətlərini əks etdirən kitablardan ibarət guşələr, Azərbaycan elminin müxtəlif sahələrini əhatə edən fundamental və tətbiqi tədqiqatların nəticələrini özündə əks etdirən monoqrafiyalar, elmi jurnallar və digər qiymətli nəşrlər, eləcə də AMEA-nın təsisçilərinin büstləri və fondlarla yaxından tanış olublar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.