AZ

“Ailədaxili münaqişələr və münaqişəli ailələrlə bağlı görülən tədbirlər” Gəncədə konfrans

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gəncə, 20 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində növbəti tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının hər il 25 noyabr – Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündən başlayaraq 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Gününədək davam etdiyi bildirilib. Qeyd olunub ki, bu müddət ərzində müxtəlif formatlarda tədbirlər təşkil olunur və dünya ictimaiyyətinə qadınlara və qızlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı çağırışlar edilir.

Daha sonra “Ailədaxili münaqişələr və məişət zorakılığı ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə daxil olan müraciətlər və onların həlli istiqamətində görülən tədbirlər. Ailə dəyərləri. Fərqli yanaşmalar”, “Risk qrupuna daxil olan uşaqlar və onların ailələri ilə bağlı aparılan işlər”, “Hüquq mühafizə orqanlarında qeydiyyatda olan münaqişəli ailələrlə bağlı həyata keçirilən tədbirlər” və digər mövzularda çıxışlar dinlənilib.

Konfransda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, tədbir münaqişəli ailələr üçün nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
azertag.az

1Mənbələr