AZ

Bakıda qumar oynayan şəxs 3 min manat cərimə edildi

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Nərimanov rayonunda qumar oyunu təşkil edən şəxs məsuliyyətə cəlb edilib.

Avtosfer.az-ın "Teleqraf"a istinadən xəbərinə görə, Bakı şəhər sakini Eldar Səməndərov (ad-soyad şərti verilib – red.) internet informasiya vasitələrindən istifadə edərək “pin-up”, “mosbet” və sair onlayn qumar və mərc səhifələrində qumar oynayaraq uduş əldə edib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən E. Səməndərov bir neçə dəfə oyunlar oynayıb, cəmi 40 manat uduş əldə etdiyini deyib: “Uduzduğum vəsaitlər isə 1000 manat təşkil edir. Sonuncu dəfə Binəqədi rayonu ərazisində oyun oynamışam. Əməlimdən səmimi peşmanam”.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təqsirli bilinən şəxs 3 min manat miqdarında cərimə olunub.

Həmçinin qazanılmış uduş məbləği də müsadirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
2
avtosfer.az

3Mənbələr