“İnter Mayami”nin sol cinah müdafiəçisi Jordi Alba “Barselona”nın gənc ulduzu Lamin Yamal ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, 18 yaşlı Yamalın klubun əfsanəsi Lionel Messi ilə müqayisə edilməsi barədə sualı cavablandıran Alba bildirib:
“Lamin fantastik oyunçudur, amma “Barselona”da digər möhtəşəm futbolçular da var – məsələn, Frenki de Yonq və Pedri. Lamin və Messini müqayisə etmək mümkün deyil. Mənim üçün Leonun rəqibi yoxdur”
Qeyd edək ki, Jordi Alba 2012–2023-cü illərdə “Barselona”nın formasını geyinib və sonrasında “İnter Mayami”yə transfer olunaraq Messiylə yenidən bir araya gəlib.