ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Milli Məclisin bu gün keçirilən plenar iclasında dərman preparatlarının içlik vərəqələri müzakirə edilib. İclasda çıxış edən millət vəkili Səyyad Aran bu məsələ ilə bağlı iradlarını bildirib.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, dərmanların içlik vərəqələri anlaşılmaz formada yazılır. Bununla bağlı millət vəkili seçicilər tərəfindən ona verilən uzun vərəqələri də təqdim edib.
“Bu kağızları mənə seçicilərim verib. Qəzet çıxarırsınız? Bu nədir? Bu qədər izahat olar?”, – deyə o etiraz edib.
Milli Məclisin sədri Sahibə Qafarova Səyyad Aranın fikirlərinə cavab olaraq bildirib ki, “bu qayda bütün dünyada qəbul edilən təcrübəyə əsaslanır”.
View this post on Instagram
A post shared by Globalinfo.az (@globalinfo_az)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.