Müəllif: Tamara Mustafayeva, Banco.az
Hindistanın texnologiya naziri ölkənin çip istehsal gücünün 2032-ci ilə qədər digər böyük istehsalçılarla eyni səviyyəyə çatacağını bildirib.
Banco.azxəbər verir ki, Hindistan hökuməti çip istehsalı mövzusunda özü üçün iddialı bir hədəf müəyyən edib.
Hindistanın Texnologiya naziri Aşvini Vaişnav ölkənin çip istehsal gücünün 2032-ci ilə qədər digər böyük istehsalçılarla eyni səviyyəyə çatacağını bildirib.
Nazir Sinqapurda Bloomberg New Economy Forum çərçivəsində etdiyi açıqlamada deyib: “Çiplər mövzusunda 2031–2032-ci illərə qədər bu ölkələrin çoxunun bu gün olduğu səviyyəyə çatacağıq. O zaman çox ədalətli və bərabər şərtlər altında bir rəqabət mühiti yaranacaq.”
Hindistanın çip təşəbbüsü hələ başlanğıc mərhələsində olsa da, ölkə dizaynerləri və istehsalçıları cəlb etmək üçün xərclərini artırır.
Dünyanın ən çox əhalisi olan ölkəsi, çip proqramını dəstəkləmək üçün 10 milyard dollarlıq bir fon istifadə edərək müxtəlif montaj, qablaşdırma və test təşəbbüslərinin həyata keçirilməsinə dəstək verib.
Bizi sosial şəbəkələrdən izləyin!!