İstanbulda 5 mərtəbəli binanın zirzəmisində zərərvericilərlə mübarizə üçün dərmanlamadan sonra halı pisləşən 7 nəfər xəstəxanaya yerləşdirilib.
İstanbulun Esenyurt rayonunun Çinar məhəlləsində yerləşən beşmərtəbəli binanın zirzəmisində zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilib.
İstanbul Vilayət Səhiyyə direktoru Abdullah Emre Güner, biri körpə olmaqla yeddi nəfərin zərərvericilərə qarşı mübarizə tədbirlərindən zəhərlənmə şübhəsi ilə zərər çəkdiyini açıqlayıb.
Hadisə yerinə beş təcili yardım maşını, bir UMKE avtomobili və ümumilikdə 17 tibb işçisi göndərilib.
112 Təcili Tibbi Yardım briqadasının müdaxiləsindən sonra zərər çəkənlər xəstəxanaya aparılıb.
"Bütün vətəndaşlarımızın ümumi sağlamlıqları yaxşıdır və müalicələri davam edir", - Güner bildirib.
QAZİLER.AZ